Separatçı lider: “Rusiya ilə yenidən birləşmək əsas hədəfdir”

Separatçı lider: “Rusiya ilə yenidən birləşmək əsas hədəfdir”
15:43 12 May 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya ilə yenidən birləşmə Donetsk Xalq Respublikasının hədəfidir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Ukraynanın şərqində yaradılan “Donetsk Xalq Respublikası” separatçı rejimin başçısı Aleksandr Zaxarçenko “inteqrasiya komitəsi”nin iclasında deyib.

“Vətənlə yenidən birləşmə bizim hədəfimizdir. Bu vətən Rusiyadır. Komitənin son məqsədi və bütün işi yalnız vətənə qayıdışa yönəlib”, - separatçıların lideri bildirib.

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya Donetsk və Luqansk “xalq respublikaları”nı öz tərkibinə daxil etməyə çalışmır.

Kremldəki görüşdən sonra... - Allahın “dəftərxanası”ndan GƏLƏN ZƏNG

Dünən isə “Röyters” agentliyi “respublikalar”da yüksək vəzifələr tutmuş üç şəxsə istinadən Rusiya prezidenti Vladimir Putinin köməkçisi Vladislav Surkovun separatçı rejimlərin daxili siyasətini müəyyən etdiyini yazıb. Mənbələrin sözlərinə görə, Surkov “Donetsk xalq Respublikası” separatçı rejimin başçısı kimi Aleksandr Zaxarçenkonun təyinatında əsas rolu oynayıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/198533.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR