"Neft 141 dollara qədər bahalaşacaq"

"Neft 141 dollara qədər bahalaşacaq"
15:57 12 May 2017
166 Dünya
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neftin qiyməti 2040-cı ilədək 141 dollar/barelə qədər yüksələ bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, bu ehtimal ABŞ Energetika Nazirliyinin energetika bazarları ilə bağlı yenilənmiş proqnozunda əks olunub.

Hesabatda bildirilir ki, neftə olan tələbat ən az Avropa və Avrasiya regionundakı ölkələrdə və Rusiyada artacaq. 2040-cı il üçün bu ölkələrdə tələbat 14% yüksələcək. Buna səbəb kimi adı çəkilən regionlarda əhalinin sayının azalması və enerji effektivliyinin artması amilləri göstərilir.

"Bloomberg" agentliyinin əməkdaşı Layem Deninq (Liam Denning) hesab edir ki, 2012-ci illə müqayisədə 2040-cı ildə neftə gündəlik tələbat 31 mln. barel artacaq. Onun fikrincə, aylıq neft hasilatı dünyada 2015-ci ildən etibarən 1 mln. barel artım göstərəcək və OPEK üçün 2040-cı ilə 47 mln. barel/gün təşkil edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544057.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR