İraq ordusu o şəhərə doğru irəliləyir

İraq hərbi qüvvələrinin Mosul şəhərinin alınması üzrə İŞİD-ə qarşı apardığı əməliyyatlar artıq öz bəhrəsini verir.

Metbuat.az xəbər verir ki, Bağdadinin özünü xəlifə elan etdiyi məscid tam şəkildə azad edilib. Şimal istiqamətində hərəkət edən hərbi qüvvələr terrorçu qruplaşmaya məxsus çoxsaylı silah-sursat ələ keçirib.

Şiə döyüşçüləri Haşdi Şaabinin başçılığı ilə Mosuldan qərbə doğru yerləşən, türkmənlərin yaşadığı Təlafər şəhərinə doğru hücuma keçdiklərini bildirib. Hücumun əsas məqsədinin Təlafər üzərindən Mosulla Suriyanı bağlayan İŞİD-in təchizat xətlərini kəsməkdir.

İraqın ikinci böyük şəhəri olan Mosulun Ramazan ayı başlamazdan əvvəl terrorçu qruplaşmadan tamamilə təmizlənəcəyi deyilir. Son 24 saat ərzində atılan 18 bomba nəticəsində İŞİD-in çox sayda üzvü məhv edilib. Terrorçu qruplaşma nəzarətində olan torpaqların dörddə birini itirib. İŞİD hazırda Rəqqada mövqelərini gücləndirməyə çalışır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR