Marina Durunda: İslam Oyunlarında ilk çıxış çox həyəcanlı idi

Marina Durunda: İslam Oyunlarında ilk çıxış çox həyəcanlı idi
16:15 12 May 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Maksim Tsurkov - Trend:

Hesab edirəm ki, ümumilikdə yaxşı nəticə göstərdim.

Bunu Trend-ə azərbaycanlı gimnast Marina Durunda deyib.

Yarışların ilk günündə M.Durunda halqa və topla hərəkətlərdə finala çıxıb.

O deyib ki, çıxışlar zamanı çox həyəcanlı idim:

"Əhvalım normaldır, amma başa düşürəm ki, daha yaxşı çıxış edə bilərdim. Mən zədədən sonra bu gün ilk dəfə xalça üzərinə çıxmışdım. Hesab edirəm ki, ümumilikdə yaxşı nəticə göstərdim”.

O, həmçinin öz komanda yoldaşlarını da dəstəkləyib:

“Təəssüf ki, mən onların çıxışını görə bilmədim. Amma nəticələrə görə demək olar ki, onlar yaxşı çıxış edib. Mən Zöhrə Ağamirova ilə fəxr edirəm. Onun 15 yaşı var, indiyədək bu miqyaslı yarışda iştirak etməyib. Amma bu gün özünü çox yaxşı göstərib. Əlbəttə, mən Zöhrəyə, həm də Jalə Piriyevaya azarkeşlik edirəm. Ümid edirəm ki, komanda hesabında medal götürəcəyik”.

O qeyd edib ki, bu gün çıxış zamanı çox həyəcanlı idi: “Bu gün tamaşaçılara ilk dəfə öz proqramımı təqdim etdim. Öz əhvalımı nə dərəcədə onlara ötürə bildiyimi deyə bilmərəm, amma fikrimcə, mən öz ruhumu çıxışıma daha çox qoya bilərəm”.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR