Qadın hərbçimiz dünya çempionu oldu - FOTO

Qadın hərbçimiz dünya çempionu oldu - FOTO
16:19 12 May 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının "N" saylı hərbi hissədə xidmət edən gizir Günay Əliyeva beynəlxalq idman yarışında uğur qazanıb.

 

DİN-in mətbuat xidmətindən Lent.az-a bildirilib ki, artıq 12 ildir ki, idmanın Karate növü ilə məşğul olan və “birinci dan qara kəmər” ustası olan Günay 2008-ci ildə Asiya çempionu adını qazanıb, 2011-ci ildə isə Gürcüstanda keçirilən kinq-boksinq üzrə çempionatda Zaqafqaziya çempionu adını, həmin ildə Ukraynada keçirilən Dünya çempionatında 3-cü yeri qazanıb.

 

Növbəti dəfə 2015-ci ildə Avropa çempionu adını qazanan Günay 2017-ci il mayın 4-dən 7-nə kimi Ukraynanın Xarkov şəhərində təşkil olunmuş Kempo Karate və Kobudo üzrə dünya çempionatının qalibi kimi tanınıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274457

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR