Günel efirdə ağladı - "Paxıllıqdan ürəyiniz partlayır?" - VİDEO - FOTO

Günel efirdə ağladı - "Paxıllıqdan ürəyiniz partlayır?" - VİDEO - FOTO
16:27 12 May 2017
247 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az xəbər verir ki, ARB TV-nin "Gəlin danışaq" verilişinin qonağı müğənni Günel Ələkbərova olub.

Müğənni ilk olaraq özəl həyatından danışıb:

"Özəl həyatım haqqında, doğurdan, danışmaq istəmirəm. Bu mənim özəl həyatımdır. Düşünürəm ki, mən yanlış bir şey etməmişəm. Etsəm belə, artıq etmişəm. Əsas indiki zamandır".

Daha sonra qızından danışan müğənni, göz yaşlarını saxlaya bilməyib:

"İndi bunu başqa cürə yozacaqlar ki, uşağını Allah bilir günlərdir görmür. Bilən bilir ki, vallah, özüm baxıram uşağa. Anamdan başqa heç kimə etibar edə bilmərəm. Vaxt elə tez keçir ki, elə bil ki, dünən doğulub. O, mənim həyatda hər bir şeyimdir. Qızıma görə heç vaxt deyə bilmərəm ki, gərək bu olmazdı, buna mənim haqqım çatmır. Mən ona görə bu həyatda güclüyəm. Mənə də çox zərbələr vurmaq istəyiblər. Gülüb danışmağıma baxmayın. Həyatda mənə o qədər zərbələr vurmaq istəyiblər. Bir vaxt ayılmışam ki, meydanda təkəm. Buna baxmayaraq, yenə də öz sözümü hər zaman demişəm. Bizdə də bilirsiniz də adətdir yıxılana balta vurmaq. Bu yaxınlarda hansısa bir müğənninin keçmiş həyat yoldaşı ilə şəkilləri çıxdı. Hamı düşdü üstünə. Nə olub? Həyat yoldaşıdır, şəkil çəkdirib, yaxşı edib. Bunun kimə nə aidiyyatı var? Özü bilər. Hal-hazırda xoşbəxtdisə, nə səbəbə paxıllıqdan ürəyiniz partlayır? Bu şeylər insanı sıxır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Günel efirdə ağladı:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544048.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR