Dostluq təklifini qəbul etməyən 18 yaşlı qızı öldürdü

Dostluq təklifini qəbul etməyən 18 yaşlı qızı öldürdü
16:47 12 May 2017
58 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Muğla rayonunun Köyceğiz mahalında dəhşətli qətl hadisəsi qeydə alınıb.

Milli.Az hurriyet-ə istinadən xəbər verir ki, hadisə dünən saat 18.00-da baş verib. Emrah P. iddiaya görə, dostluq təklifini qəbul etməyən 18 yaşlı İpək Kovan və qardaşı Həsən Can Kovana evlərinin eyvanında oturarkən pnevmatik tüfənglə 8 dəfə atəş açıb. Güllə İpək Kovanın başından və sinəsindən dəyib.

25 yaşlı Emrah P. hücumdan sonra qaçıb. Silah səsini eşidib gələn qonşular İpək və 14 yaşlı qardaşı Həsən Canı yaralı vəziyyətdə qan içində görüblər. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası və polislər İpək Kovanın hadisə yerində öldüyünü təyin ediblər. Həsən Can Kovan isə təcili yardımla xəstəxanaya qaldırılıb.

Həsən Can Kovanın başına dəyən 4 qəlpə çıxarılıb. 

Polislər qaçan Emrah P.-nı tutmaq üçün araşdırmaya başlayıb.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR