"İçkili idim" - Velosiped oğrusu saxlanıldı - VİDEO - FOTO

"İçkili idim" - Velosiped oğrusu saxlanıldı - VİDEO - FOTO
16:52 12 May 2017
57 Digər
Ölkə mətbuatı
A- A+

Xaçmaz şəhər sakini Zaur Zeynalov polisə müraciət edərək ona məxsus mağazadan ümumi dəyəri 231 manat olan 31 ədəd toyuğun oğurlandığını bildirib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, həmin gün Xaçmaz rayonu köhnə Xaçmaz kənd sakini Seyidəliyev Mübariz Seyidbala oğlunun da velosipedi oğurlanıb.

Hər iki fakt üzrə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin köhnə Xaçmaz sakini Nəbiyev Asəf Bəybala oğlu tərəfindən törədildiyi müəyyənləşib.

Asəf Nəbiyev - Saxlanılan şəxs: "İçkili vəziyyətdə idim. Elə bildim nəsə hadisə olub, gördüm ki, olmayıb. Velosiped var idi. Götürdüm, satdım".

Xaçmaz polisinin keçirdiyi digər əməliyyat nəticəsində şəhər sakini Dəyanət Tağıyevə məxsus mağazadan 600 manat dəyərindən istilik sistemləri oğurlayan 2 nəfər də saxlanılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərin orijinal ünvanı: http://news.milli.az/criminal/544092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR