İtaliyanın paytaxtında partlayış

Romanın mərkəzi küçələrindən birində partlayış olub.

Metbuat.az xəbər verir ki, partlayış poçt şöbəsi yaxınlığında, iki avtomobil arasında quraşdırılmış əldədüzətmə partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib.

Partlayış nəticəsində bir avtomobilə ziyan dəyib. Ölən və yaralananlar yoxdur.

Hadisənin yerli anarxist qruplar tərəfindən törədildiyi deyilir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR