​Dağlıq Qarabağla bağlı rayonların boşaldılması başlasa...

"Ermənilər Şuşanı "paytaxt" seçməklə bir neçə məsələni həm siyasi, həm iqtisadi, həm hərbi, həm də strateji baxımdan öz xeyirlərinə həll etmək istəyirlər".

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasi şərhmi Arzu Nağıyev bildirib. Onun sözlərinə görə, əsrlər boyu alınmaz qalaya çevrilən Şuşanı zəbt etməklə bunlar öz "qəhrəman"lığını göstərmək istəyirlər:

“"Dövlət"in adını dəyişib Artsax qoymaqla özlərinin qondarma idarəçi qurumlarını ora köçürmək istəyirlər və İrəvana daha yaxın olurlar. Çünki qəflətən Dağlıq Qarabağla bağlı rayonların boşaldılması başlasa, Şuşa və Laçın gündəmə gələ bilər. Bundan başqa, ermənilərin lobbiçilik siyasəti Şuşa, Xankəndi ilə daha çox bağlıdır. Yəni, əsas məqamlar budur və Şuşa yüksəklikdə yerləşdiyi üçün həm də strateji əhəmiyyəti daha çoxdur. Təbii ki, Azərbaycan tərəfi belə halları daim nəzərə alıb və Beynəlxalq təşkilatlar da bu haqda məlumatlıdırılır. Bunun üçün də əsasən xarici siyasətdə mühüm addımlar atmaq lazımdır və düşünürəm ki, atılır”.

Xəyalə Məmmədova / METBAUT.AZ



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR