Rəsmi Kiyev Trampla görüş üçün pul ödəyib? - NAZİRDƏN AÇIQLAMA

Rəsmi Kiyev Trampla görüş üçün pul ödəyib? - NAZİRDƏN AÇIQLAMA
17:05 12 May 2017
86 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın xarici işlər naziri Pavel Klimkin bəyan edib ki, rəsmi Kiyev ABŞ prezidenti Donald Trampla görüşün təşkili üçün vəsait ödəməyib və lobbistlərdən kömək istəməyib.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Klimkin Trampa görüşü haqda yayılan məlumatlara aydınlıq gətirib.

"Siyasətdə lobbizm bu səviyyədə işləmir. Mənim çox dəqiq prinsipim var və pullu xidmətlərdən istifadə etmirəm".

O, bildirib ki, Ukraynaya yalnız bizim maraqlarımız, mübarizəmiz kömək edir. 

Qeyd edək ki, daha əvvəl Ali Radanın deputatı Andrey Artyomenko sensasion iddia ilə çıxış edərək rəsmi Kiyevin ABŞ prezidenti Donald Trampla Ukraynanın xarici işlər naziri Pavel Klimkinin başçılıq etdiyi nümayəndə heyətinin görüşünün təşkili üçün ABŞ-ın tanınmış lobbi firmasına 400 min dollar ödədiyini bəyan etmişdi. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR