ANAMA 2 mina, 1 mərmi zərərsizləşdirdi

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bu gün 1 319 ədəd qəlpə, 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bu barədə Metbuat.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilir ki, 29 619 kv.m ərazi (2 119 kv.m əl ilə, 18 500 kv.m mexaniki üsulla və 9 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR