İslamiada: Məhəmmədrəsul Məcidovdan ilk qələbə

İslamiada: Məhəmmədrəsul Məcidovdan ilk qələbə
17:07 12 May 2017
30 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında çıxış edən Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov ilk görüşünü keçirib.


Fanat.Az xəbər verir ki, 91 kq-dan yuxarı çəkidə yer alan ikiqat dünya çempionunun təsnifat mərhələsindəki rəqibi qazaxıstanlı Nurlan Saparbay olub. Görüş Məcidovun üstünlüyü şəraitində keçib. O, ikinci raundda rəqibini noqdauna salmağı bacarıb. Üçüncü raund da yekunlaşdıqdan sonra hakimlərin yekdil rəyinə əsasən, 31 yaşlı idmançı qalib elan olunub. 


Qeyd edək ki, 1/4 finala vəsiqə qazanan Məhəmmədrəsul Məcidovun rəqibi misirli Uosri Hafez olacaq. Döyüş mayın 15-də keçiriləcək.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-slamiada-mhmmdrsul-mcidovdan-ilk-qlb-t58034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR