Rusiya bankları girov qoyulan su çəlləklərinə görə bir milyard rubl ödəyib

Rusiya bankları girov qoyulan su çəlləklərinə görə bir milyard rubl ödəyib
17:17 12 May 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Rusiyanın üç bankı girov qoyulan su çəlləklərinə görə saxta şirkətlərə bir milyard rubl ödəyib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, sənədləşmədə çəlləklərin içərisində bahalı kimyəvi xammal olduğu göstərilib.
Bu yolla 2014-2015-ci illərdə kredit təşkilatlarından təqribən 1 milyard rubl götürülüb. Bundan sonra bankların lisenziyaları ləğv edilib.
Faktla bağlı 4 şübhəli şəxsə qarşı külli miqdarda vəsaitin fırıldaqçılıqla ələ keçirilməsi maddəsi ilə cinayət işi açılıb. Onlardan 3-ü həbs olunub və adları açıqlanmır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiya-banklari-girov-qoyulan-su-celleklerine-gore-bir-milyard-rubl-odeyib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR