Azərbaycanda İLK DƏFƏ seysmik tomoqrafiya üzrə işlərə başlanılır

Azərbaycanda İLK DƏFƏ seysmik tomoqrafiya üzrə işlərə başlanılır
17:43 12 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ilk dəfə olaraq, seysmologiya sahəsində yeni elmi istiqamət – seysmik tomoqrafiya üzrə işlərə başlanılır.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli məlumat verib.

Onun sözlərinə görə, bu iş ABŞ-ın Missuri Universitetinin mütəxəssisləri ilə birgə həyata keçiriləcək.

Q.Yetirmişli bildirib ki, hazırda azərbaycanlı mütəxəssislər Gürcüstanda ABŞ-ın seysmoqrafiya sahəsi üzrə mütəxəsəssisləri ilə birlikdə bu mövzu üzrə treninqlərdə iştirak edirlər. Mayın ortalarında isə ABŞ-ın Missuri Universitetinin nümayəndə heyəti Bakıya səfərə gələcək və burada Azərbaycanın seysmik tomoqrafiyasının aparılması üçün işlərə başlanılacaq.

Q.Yetrmişli qeyd edib ki, 4 illik layihə çərçivəsində Yerin dərinlik quruluşu öyrəniləcək və onun surət modeli yaradılacaq:

“Bu layihə bütün respublikanı əhatə edəcək. Bu, uzun bir iş olacaq. Biz razılaşdıracağıq ki, bu işi hansı profillər üzrə həyata keçirək. Layihənin sonunda Yerin dərinlik quruluşunun müəyyən intervallarla öyrənilməsi həyata keçiriləcək. Bu öyrənilmə zamanı faydalı qazıntı yataqları ilə bağlı vəziyyət müəyyənləşdiriləcək”.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2750506.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR