Aktrisa Könül Nağıyeva əfsanələri canlandırdı - VİDEO - FOTO

Aktrisa Könül Nağıyeva əfsanələri canlandırdı - VİDEO - FOTO
17:47 12 May 2017
114 Şou
Ölkə mətbuatı
A- A+

Kino aktrisası Könül Nağıyeva 1930-1950-ci illərin əfsanəvi qadın sənətkarları olan Ava Gardner, Sofi Loren, Greta Gabro, Audrey Hepburn və opera sənətkarı Maria Kallası canlandırdı.

Milli.Az xəbər verir ki, "Reborn" adı verilən layihə çərçivəsində; 1930 və 1960-cı illəri arasında çəkilən fotoşəkillər araşdırıldı və ən yaxşıları seçildi. Paltarlar, zinətlər, bəzək-düzəklər, saç stilləri və makiyaj fotoşəkildəki orijinallarına uyğun olaraq aktrisa Könül Nağıyevaya tətbiq edildi. Studiyada çəkilişləri, 12 saat sürən fotoşəkillərin kamera arxası da qeydə alındı və qısametrajlı bir film olaraq hazırlandı.

Yaşadıqları dövrdə dünyada şöhrət qazanmış kino aktrisaları; Ava Gardner, Sofi Loren, Greta Gabro, Audrey Hepburn ilə opera sənətkarı Maria Kallası illər keçdikdən sonra gözəl aktrisa Könül Nağıyeva eyni ilə canlandırdı.

Könül Nağıyeva: "Heyran olduğum qadınları canlandırmaq istədim"

"Mən bu qadınların heyranıyam və heyran olduğum bu qadınların "kopiya"larını çıxarmaq deyil canlandırmaq istədim. Bunu əldə edə biləcəyimə əmin idim. Çünki onlar haqqındakı biliklərimi eyni ilə hiss etdim. Layihənin qısametrajlı filmi "İz buraxan qadınlara..." şüarı ilədir. Çünki onlar böyük iz buraxdılar. İnşallah, mən də iz buraxaram", - aktrisa bildirib.

Uğurlu və iddialı layihəyə addım atan gözəl aktrisa Könül Nağıyeva bu məsuliyyəti öz üzərinə alaraq, həm uğurlu aktrisalığını, həm də bir çox fərqli xarakteri canlandırdığını göstərmiş oldu.

Layihəyə "Reborn" adı verildi

"Reborn" adı verilən layihə çərçivəsində ilk olaraq məşhur sənətkarların ən qəşəng pozaları seçilərək foto sənətkarı Ege İşlek tərəfindən çəkildi. Sənətkarların geydiyi eyni paltarlar, stillər, kostyum və aksessuarlar Gerçek İnan və Ceyda Koçlar tərəfindən hazırlandı. Eyni makiyaj və eyni saç modelləri makiyaj ustası Özge Özel və qadın saç ustası Ünsal Danışman tərəfindən eyni ilə tətbiq edildi. Kamera arxası görüntüləri isə Ceyda Günalp tərəfindən hekayəsi ilə birlikdə qısa metrajlı filmə çevrildi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Könül Nağıyeva - Reborn

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR