Kot dİvuarda yenidən hərbçilərin üsyanı baş qaldırıb

Kot dİvuarda yenidən hərbçilərin üsyanı baş qaldırıb
17:52 12 May 2017
68 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Kot d`İvuar Milli Təhlükəsizlik Şurası dünən gecə ölkənin bir neçə şəhərində hərbçilərin yenidən üsyana başlaması ilə əlaqədar olaraq ölkə Prezidenti Alassan Uattaranın rəhbərliyi ilə təcili iclas keçirib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyindəki mənbə bildirib.
Üsyan edən hərbçilər mükafatlarının ödənilməsini tələb edirlər. Hətta bəzi şəhərlərdə hərbçilər kazarmaları tərk edib, şəhərdə əllərində silah gəzirlər.
Qeyd edək ki, bu ilin əvvəlindən hərbçilərlə hökumət arasında mükafatların ödənilməsinə görə mübahisələr vaxtaşırı baş verir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/kot-d-i-vuarda-yeniden-herbcilerin-usyani-bas-qaldirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR