İslam Həmrəyliyi Oyunlarının açılışı münasibətilə Praqada səfirlərin iştirakı ilə tədbir keçirilib

İslam Həmrəyliyi Oyunlarının açılışı münasibətilə Praqada səfirlərin iştirakı ilə tədbir keçirilib
18:22 12 May 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının açılışı münasibətilə Praqada tədbir təşkil olunub.

Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı Praqa Qrupunda təmsil olunan səfirlərin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanın Çexiyadakı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Praqa Qrupuna 2017-ci ildə sədrlik edən Fərid Şəfiyev çıxış edib.

F.Şəfiyev Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini qeyd edib və ölkəmizin İslam dəyərlərinin yayılması istiqamətində atdığı addımlar barədə söhbət açıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2753198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR