FHN əməkdaşı beynəlxalq turnirin qalibi olub

FHN əməkdaşı beynəlxalq turnirin qalibi olub
18:24 12 May 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Naxçıvan şəhərində Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş powerlifting üzrə beynəlxalq yarış keçirilib. Lent.az-ın məlumatına görə, yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu təmsil edən Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rövşən Xəlilov iştirak edib. O, 3 hərəkətin cəmində 600 kq nəticə göstərərək öz şəxsi rekordunu yeniləyib və 1-ci yerə çıxaraq çempion adını qazanıblar.

 

İdmançını Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Naxçıvan MR gənclər və idman naziri Azad Cabbarov, Azərbaycan Powerlifting Federasiyasının prezidenti Ələddin Əliyev, Dünya Powerlifting Federasiyasının (WPC) prezidenti Marks Smith və yığma komandanın baş məşqçisi Şəmsi Bayramov təbrik edərək uğurlar arzulayıblar.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR