“Qəbələ” çempion oldu

“Qəbələ” çempion oldu
18:27 12 May 2017
85 İdman
Ölkə mətbuatı
A- A+

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-12 Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub. Fanat.Az xəbər verir ki, “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası finalda Gəncə təmsilçisi “Azəri” TİM ilə görüşüb.

 

“Qırmızı-qaralar” həlledici görüşdə böyükhesablı qələbə qazanıb – 3:0. Final qarşılaşmasında Okan Təhməzli 2, Ömər Qurbanov 1 qol vurub. Bununla da “Qəbələ” U-12 Liqasının çempionu tituluna yiyələnib.

 

Qarşılaşmadan sonra qaliblər qızıl medallar və çempionluq kuboku ilə təltif olunub. Okan Təhməzli yarışın ən yaxşı futbolçusu kimi mükafatlandırılıb.

 

Qeyd edək ki, U-12 cari mövsümdə “Qəbələ”nin çempion adını qazanan 4-cü komandasıdı. Bunadək bölgə təmsilçisinin U-13, U-15 və U-16 komandaları da qızıl medallar əldə etmişdi.

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbl-cempion-oldu-t58037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR