ARDNF-nin vəsaitinin xərc istiqamətləri müəyyənləşib

ARDNF-nin vəsaitinin xərc istiqamətləri müəyyənləşib
18:27 12 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitinin xərc istiqamətləri müəyyənləşib. 
"Report"un məlumatına görə, dövlət başçısının imzaladığı fərmana əsasən bu istiqamətlərə qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi, Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfert, makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankına transfert, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi daxildir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/ardnf-nin-vesaitinin-xerc-istiqametleri-mueyyenlesib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR