Nəhəng ilan qolf meydanına gəldi və... - VİDEO

Nəhəng ilan qolf meydanına gəldi və... - VİDEO
18:38 12 May 2017
191 Maraqlı
Ölkə mətbuatı
A- A+

Cənubi Afrika Respublikasında qolf oyununa nəhəng ilan mane olub.

Publika.az xəbər verir ki, ölkənin şərqində yerləşən “Zimbali” adlı klubda keçirilən qolf oyunun qızğın vaxtında dörd metrlik piton hər kəsi təəccübləndirib. İlan əvvəlcə heç kimə əhəmiyyət vermədən özüyçün sürünüb. Sonra oyunçulardan biri pitonun quyruğuna toxunanda tez hərəkətə gəlib.

Klubun direktoru Kayla Kaytanonun sözlərinə görə, bu ölkədə pitonun olması normaldır. Amma xüsusi sahmana salınmış, nəzarət olunan qolf meydançasında hələ belə hadisəyə rast gəlinməmişdi.

Nəhəng ölçüsünə baxmayaraq, pitonlar insanlara hücum çəkinmirlər, həm də zəhərsizdirlər.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/video/198538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR