Gürcüstandakı Lancet Tibb Mərkəzi azərbaycanlı həkimlərin sayını artırmaq niyyətindədir

Gürcüstandakı Lancet Tibb Mərkəzi azərbaycanlı həkimlərin sayını artırmaq niyyətindədir
19:02 12 May 2017
110 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 12 may. REPORT.AZ/ Azərbaycanlı iş adamının təsisçisi olduğu Lancet Tibb Mərkəzi Gürcüstanda fəaliyyətə başlamasının üç illiyini qeyd edib. Bu gün həmçinin mərkəzdə yeni yaradılmış uşaq şöbəsinin açılışı olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, mərasimdə Gürcüstanın hökumət üzvləri, tanınmış iş adamları, idman, elm ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tanınmış ictimai xadim, idman şərhçisi Camlet Xuxaşvili tədbirdə bildirib ki, Lancet Tibbi Mərkəzi əhaliyə göstərdiyi nümunəvi tibbi xidməti ilə Gürcüstanda sayılıb seçilən səhiyyə müəssisələrindən biridir. Burada təkcə gürcülər deyil, qonşu ölkələrdən gələn insanlar da müalicə olunub, sağlamlıqlarına qovuşurlar.
Sonra mərkəzdə açılmış yeni uşaq şöbəsinin açılışı olub. Bildirilib ki, burada quraşdırılmış ən yeni texnoloji avadanlıq uşaqların müalicəsi üçün geniş imkanlar açır.
Lancet Tibb Mərkəzinin həmtəsisçisi, professor Fərman Ceyranlı jurnalistlərə müsahibəsində deyib: “Bu gün bizim mərkəzdə 600 nəfərdən çox insan çalışır. Onların xeyli hissəsi azərbaycanlılardır. Çalışırıq ki, azərbaycanlı həkim kadrların sayı artsın. Hazırda mərkəzdə tibb kolleci açılıb və kollec sentyabr ayından fəaliyyətə başlayacaq. Yaxın zamanlarda isə mərkəzdə ali tibbi təhsil alan tələbələr üçün rezidentura yaradılacaq. Bu da mərkəzdə yüksək ixtisaslı kadrların hazırlanması baxımından mühüm əhəmiyyət kəsb edir”.
Onun sözlərinə görə, Lancet Tibb Mərkəzində ABŞ, Amaniya, Türkiyə və inkişaf etmiş digər ölkələrdən yüksək ixtisaslı həkimlər müxtəlif cərrahi əməliyyatlar həyata keçirir, insanların müalicəsi ilə məşğul olurlar.
F.Ceyranlı onu da bildirib ki, müalicə üçün mərkəzə gələn azərbaycanlılara xüsusi endirim və güzəştlər də nəzərdə tutulub. Gürcüstan vətəndaşı olan azərbaycanlılar müalicə üçün nəzərdə tutulmuş vəsaiti qanunvericiliyə uyğun ödəyirlər. Azərbaycandan gələn xəstələrə üçün müxtəlif güzəştlər planlaşdırılıb.
“Fəaliyyətə başladığı müddətdə bir sıra uğurlara imza atan mərkəzdə artıq orqan transplantasiyası da həyata keçirilir” - Fərman Ceyranlı vurğulayıb.








Xəbərin orijinal ünvanı: https://report.az/region/gurcustandaki-lancet-tibb-merkezi-azerbaycan-hekimlerinin-sayini-artirmaq-niyyetindedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR