"İdmanla 70 il məşğul olmağım "Ginnesin rekordlar kitabı"na yazılmalıdır" - AMEA prezidenti

"İdmanla 70 il məşğul olmağım "Ginnesin rekordlar kitabı"na yazılmalıdır" - AMEA prezidenti
19:17 12 May 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bəllidir ki, 8-9 saat praktiki olaraq oturaq vəziyyətdə işləmək aktiv hərəkəti azaldır. Çünki həm Elmlər Akademiyasının prezidenti, həm də Geologiya və Geofizika İnstitutunun direktoru vəzifəsini icra edərkən hiss edirəm ki, yaşa dolduqca dinamik hərəkətə böyük ehtiyac var. Buna görə də işdən sonra bir az piyada gəzməyi özümə qayda kimi qəbul etdim."

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə "ASAN radio"nun "QəbuldASAN" verilişində deyib.

Onun sözlərinə görə, insan piyada gəzəndə fikirlərini də cəmləyib gələcək planlar haqqında düşünə bilir: "Bu mənə ikili xeyir verir. Bir dinamik hərəkət, bir də proqramlarımın təhlili. On dörd yaşından idmanla məşğul oluram. Belə ki, hər səhər 45 dəqiqəlik idman edirəm. Hesablasaq, 70 ildir idman edirəm. Bu, gərək "Ginnesin rekordlar kitabı"na yazılsın. Neçə illik idmanla məşğul olmağın nəticəsidir ki, bütün gün ərzində aktiv fəaliyyətdə ola bilirəm". 

O, ailəsində yolunu davam etdirənin olmadığını da söyləyib: "Ailəmdə geoloq olan yoxdur. Onlar müasir zamanın tələblərinə uyğun olaraq iqtisadi sahələrə maraq göstəriblər. Bəziləri bank sahəsindədir. Bu barədə onlara xüsusi qadağa qoymamışam. Gənclərə tövsiyə edərdim ki, bir istiqamətdən o birinə tez-tez keçməsinlər". 
 
Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/544200.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR