Putin və Ərdoğan görüşə bilər -

Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşə bilər.

Metbuat.az bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, liderlər mayın 14-15-də Çinin paytaxtı Pekində keçiriləcək "Bir qütb, bir yol - Böyük İpək Yolu" forumu çərçivəsində bir araya gələ bilər.

Putin və Ərdoğanın qısa müddət öncə bir araya gəldiklərini və telefon vasitəsilə tez-tez əlaqə saxladıqlarını qeyd edən Uşakov son dövrlərdə iki ölkə rəhbəri arasında intensiv fikir mübadiləsinin olduğunu deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR