Azərbaycan çempionatı Cəbəllütariq qədər də olmadı...

Azərbaycan çempionatı Cəbəllütariq qədər də olmadı...
19:47 12 May 2017
118 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə də cəmi 8 komanda mübarizə aparacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarış Avropada ən az iştirakçısı olan çempionatlardan biri kimi qalacaq. 

Söhbət UEFA-ya üzv olan 55 ölkənin yüksək dəstəsindən gedir. Bu ölkələrdən Lixtenşteyn istisna olmaqla, hamısının öz çempionatı var. "Cırtdanlar" isə İsveçrədə qüvvəsini sınayır.
 
UEFA-nın yeni üzvü Kosovonu da saysaq, Azərbaycan çempionatı yalnız Ermənistanla müqayisədə say baxımından öndədi. Bu ölkənin yüksək liqasında vur-tut 6 klub mübarizə aparır.
 
Premyer Liqamız sonuncudan əvvəlki mövqedə də tək deyil. Andorra, Latviya və Litva kimi qeyri-futbol ölkələri də elita üçün 8-dən artıq komanda tapa bilmir.
 
Düzdü, bu rəqəmlər davam etməkdə olan mövsümə aiddi. Qarşıdakı çempionat üçün bəzi ölkələrdə dəyişiklik də gerçəkləşə bilər. Əslində, belə dəyişiklik Premyer Liqamızda gözlənilirdi. İştirakçı sayının heç olmasa 10-a yüksəldilməsi ümidlərinə AFFA-nın Lisenziyalaşdırma Qrupu tərəfindən son qoyuldu.
 
Hərçənd, bu rəqəm 10-a çatsaydı, Avstriya, Albaniya, Cəbəllütariq, Makedoniya, Sloveniya, Farer adaları, Xorvatiya, İsveçrə və Estoniyaya çatmış olardıq.
 
UEFA-ya üzv olan ölkələrin yüksək liqasında komanda sayı
20 komanda - 4 ölkə
İngiltərə, İspaniya, İtaliya, Fransa
18 komanda - 4 ölkə
Almaniya, Hollandiya, Portuqaliya, Türkiyə
16 komanda - 9 ölkə
Belarus, Belçika, Yunanıstan, Norveç, Polşa, Rusiya, Serbiya, Çexiya, İsveç
15 komanda - 1 ölkə
San-Marino
14 komanda - 7 ölkə
Bolqarıstan, Danimarka, Gürcüstan, İsrail, Kipr, Lüksemburq, Rumıniya
12 komanda - 14 ölkə
Bosniya və Herseqovina, Macarıstan, İrlandiya, İslandiya, Qazaxıstan, Kosovo, Malta, Şimali İrlandiya, Slovakiya, Ukrayna, Uels, Finlandiya, Monteneqro, Şotlandiya
11 komanda - 1 ölkə
Moldova
10 komanda - 9 ölkə
Avstriya, Albaniya, Cəbəllütariq, Makedoniya, Sloveniya, Farer adaları, Xorvatiya, İsveçrə, Estoniya
8 komanda - 4 ölkə
Azərbaycan, Andorra, Latviya, Litva
6 komanda - 1 ölkə
Ermənistan

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544062.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR