Könüllülər: "IV İslam Həmrəyliyi Oyunları ilə Azərbaycanı bütün dünyada tanıdırıq"

Könüllülər: "IV İslam Həmrəyliyi Oyunları ilə Azərbaycanı bütün dünyada tanıdırıq"
20:01 12 May 2017
63 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bütün dünyada tanınırıq, eləcə də zəngin mədəniyyətimizi təbliğ edirik".

Bunu Trend-ə idman yarışlarının könüllüləri deyiblər.

Onlar bildiriblər ki, bu Oyunlarda könüllü kimi çıxış etmək çox qürurvericidir:

"İslam Həmrəyliyi Oyunlarında könüllü kimi çıxış etmək çox maraqlı və əyləncəlidir. Bu, bizə yeni dostlar və böyük təcrübə qazandırır”.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753229.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR