İranlı qonaqlar: IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub

İranlı qonaqlar: IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub
20:08 12 May 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub.

Bunu Trend-ə Oyunların açılışına gələn iranlı qonaqlar deyiblər.

Onlar qeyd ediblər: “Bu, Bakıya ilk səfərimiz deyil. Hər dəfə Bakını daha da gözəl görürük. Oyunların təşkili isə yüksək səviyyədədir. Təşkilatçılara təşəkkür edirik, hər şey çox gözəldir”.

İranlı qonaqlar İslam Həmrəyliyi Oyunlarının dostluq, birlik rəmzi olduğunu və Bakının bu rəmzi çox gözəl təqdim etdiyini vurğulayıb.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR