Komanda qol vurdu, baş məşqçi huşunu itirdi - Bakıda tarixi hadisə

Komanda qol vurdu, baş məşqçi huşunu itirdi -   Bakıda tarixi hadisə
20:17 12 May 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Kamerun millisinin baş məşqçisi Riçard Tova xəstəxanaya yerləşdirilib.


Bu barədə Kamerun mətbuatı xəbər yayıb. Ötən gün Mərakeşlə oyun zamanı Riçard Tovanın halı pisləşib.


Onun komandası matçın 30-cu dəqiqəsində hesabı açıb. Baş məşqçi bu qolun sevincindən huşunu itirib. 


Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin kardiologiya şöbəsində olan məşqçinin vəziyyəti normaldır.


Qeyd edək ki, Kamerun - Mərakeş oyunu 1:1 hesablı bərabərliklə başa çatıb.(qol.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-komanda-qol-vurdu-ba-mqci-huunu-itirdi-t58040.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR