Türkiyəli qonaq IV İslam Həmrəyliyi Oyunlarından sevginin çoxalmasını gözləyir

Türkiyəli qonaq IV İslam Həmrəyliyi Oyunlarından sevginin çoxalmasını gözləyir
20:22 12 May 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov - Trend:

"Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarından sevginin çoxalmasını gözləyirəm". Bunu Trend-ə Bakıya İslamiada ilə bağlı Türkiyənin İstanbul şəhərindən gələn Məhmət Karakapıçı deyib.

Mehmet Karakapıçı artıq 25 ildir daim Bakıya gəldiyini bildirib: "Bakıya tez-tez gəlirəm. Mühəndisəm, vaxtilə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışam. Bakını çox sevirəm”.

Türkiyəli qonaq qeyd edib ki, birlik İslam dininin əsas qayəsidir: "İslamda insanın insandan fərqi yoxdur, hamımızın ruhu birdir. Nizami Gəncəvi də belə deyib".

Qonaq İslam Həmrəyliyi Oyunlarından gözləntilərini də bölüşüb:

“Bu İslam Həmrəyliyi Oyunlarından sevginin çoxalmasını gözləyirəm. Düşmənçiliyi yaymaq asandır, sevgini yaymaq, paylaşmaq isə çətindir. Bakıda İslam Həmrəyliyi Oyunlarını təşkil edənlər sevgini yaymağa çalışıblar və belə bir çətin işin öhdəsindən uğurla gəliblər. Hər şey çox gözəl, yüksək səviyyədə təşkil olunub”.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR