ABŞ "Kasperski"ni izləməyə başladı

ABŞ "Kasperski"ni izləməyə başladı
20:27 12 May 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Vaşinqton "Kasperski Laboratoriyası" şirkətinin fəaliyyətini izləyir.

Bunu Senatdakı dinləmələr zamanı ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin general-leytenantı Vinsent Stüart söyləyib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Biz "Kasperski"nin fəaliyyətini, onun proqram təminatını izləyirik. ABŞ kəşfiyyatının şəbəkələrində "Kasperski"yə aid heç bir proqram təminatı yoxdur", - deyə o bildirib.

Qeyd edək ki, ABŞ bundan öncə "Kasperski"ni Rusiyanın xeyrinə casusluq etməkdə günahlandırıb.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/544188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR