Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində olub

Alman nəşriyyatının direktoru Tərcümə Mərkəzində olub
20:32 12 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 12 may. REPORT.AZ/ Almaniyanın “Verlag H.Y.Maurer” nəşriyyatının direktoru Hans Yurgen Maurer Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən "Report"a verilən məlumata görə, görüş zamanı müxtəlif dövrlərdə Henrix Böll, Herbert Franke, Herman Hesse, Tomas Mann, Yohann Volfqanq Höte, Henrix Heyne, Patrik Züskind, Günter Qrass, Lion Feyxtvanger kimi məşhur alman ədiblərinin əsərlərinin Tərcümə Mərkəzi tərəfindən tərcümə edilərək, Azərbaycan oxucusuna tanıdılmasından söz açılıb.
Sonra Azərbaycan-Almaniya ədəbiyyatları arasında ədəbi körpülərin qurulması və Azərbaycan ədəbiyyatının Almaniyada tanıdılması istiqamətində böyük əhəmiyyət kəsb edəcək “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın Frankfurtda nəşri, Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdimatı, kitabın Almaniya və Avstriyanın aparıcı kitabxanalarına paylanılmasına dair məsələlələr müzakirə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/edebiyyat/alman-nesriyyatinin-direktoru-tercume-merkezinde-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR