Türkiyəli tamaşaçı: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında gözəl təşkilatçılıq nümayiş etdirir

Türkiyəli tamaşaçı: Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında gözəl təşkilatçılıq nümayiş etdirir
20:36 12 May 2017
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

"Qardaş ölkə Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında gözəl təşkilatçılıq nümayiş etdirir".

Bunu Trend-ə İslamiada ilə bağlı Bakıya Türkiyənin Ankara şəhərindən gəlmiş Tamer Özbay deyib.

Qonaq qeyd edib: "IV İslam Həmrəyliyi Oyunlarının gözəl açılışını görmək üçün Bakıya gəldik. İllər öncə Bakıda olmuşdum, o zaman şəhər belə deyildi. Bu dəfə böyük bir inkişafın şahidi oldum. Bakı artıq çox müasir bir Avropa şəhəridir. Əminəm ki, getdikcə daha da gözəlləşəcək".

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2753256.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR