Qazaxıstanlı tamaşaçı: "İslam Oyunlarının açılış mərasimində möhtəşəm tamaşa gözləyirik"

Qazaxıstanlı tamaşaçı: "İslam Oyunlarının açılış mərasimində möhtəşəm tamaşa gözləyirik"
20:42 12 May 2017
43 İdman
Ölkə mətbuatı
A- A+

Bakıda İslam Oyunlarının açılış mərasimi fikrimcə çox gözəl və yaddaqalan olacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə qazaxıstanlı turist Albina Tuqanova deyib.

O, Bakıya ikinci dəfə gəldiyini deyib: "Burada İslam Oyunlarının keçiriləcəyini təsadüfən öyrəndik. Bilet almağı və açılış mərasiminə baxmağı qərara aldıq. Fikrimcə, çox maraqlı tamaşa olacaq".

Tamaşaçının sözlərinə görə, tədbir yüksək səviyyədə təşkil olunub. O həmçinin qeyd edib ki, bu oyunlar bir çox ölkəni birləşdirib və xalqların dostluğunun təzahürüdür.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544214.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR