İşıq dirəyi üstünə aşdı: ağır yaralandı - VİDEO - FOTO

İşıq dirəyi üstünə aşdı: ağır yaralandı - VİDEO - FOTO
20:42 12 May 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Qəzalı vəziyyətdə olan elektrik dirəkləri zaman-zaman sakinlərin haqlı narazılığına səbəb olur.

Milli.Az ARB Şəki-yə istinadla xəbər verir ki, Şəkinin Dəhnə kəndində də istismar müddətini başa vurmuş elektrik dirəyi aşıb, kənd sakini dirəyin altında qalaraq xəstəxanalıq oldu.

Şəkidə bədbəxt hadisə baş verib. Rayonun Böyük Dəhnə kənd sakini Qabil Səlimov həyətdəki ağacın budağını kəsmək istəyərkən qırılan budaq işıq dirəyinə ilişərək onu aşırıb.

49 yaşlı kişinin üzərinə düşən dirək onu ağır yaralayıb. Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, rayonun Böyük Dəhnə kənd sakini Qabil Səlimov müxtəlif dərəcəli ağır bədən xəsarətləri və travmatik şok vəziyyətdə xəstəxanaya daxil olub. Onun vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib. 

Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır. Kənd sakinlərinin sözlərinə görə kənddə qəzalı vəziyyətdə olan kifayət qədər elektirik dirəyi var. Azərişıq ASC-dən bildirildi ki, elektrik dirəklərinin yenilənməsi ilə bağlı ölkədə mütəmadi iş aparılır. Amma qəzalı vəziyyətdə olan dirəklərlə bağlı müraciət olunduğu təqdirdə vətəndaşların istəyi təmin olunur. Hər halda bu işdə vətəndaşlar daha diqqətli olmalıdır. Əks hansısa bir müdaxilə onların həyatı bahasına başa gələ bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
İşıq dirəyi üstünə aşdı: ağır yaralandı


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/544213.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR