Kot-d’İvuarlı məşqçi: "İslamiada Azərbaycanda idmanın daha da inkişafına yol açacaq"

Kot-d’İvuarlı məşqçi: "İslamiada Azərbaycanda idmanın daha da inkişafına yol açacaq"
20:52 12 May 2017
41 İdman
Ölkə mətbuatı
A- A+

"Bakıda keçirilən İslam Həmrəyliyi Oyunları ölkədə idmanın daha da inkişafına yol açacaq".

Milli.Az bildirir ki, bunu Trend-ə  Kot-d'İvuarın güləş üzrə məşqçisi Allyu Onore deyib.

O, yarışların yüksək səviyyədə təşkil olunduğunu deyib: "Hamı üçün - idmançılar və məşqçilər üçün yaxşı şərait yaradılıb".

Məqşçi qeyd edib ki, o, Bakıya birinci dəfə gəlib və şəhər onun çox xoşuna gəlib.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR