Banqladeşli texniki nümayəndə: İslam Oyunlarının bütün qonaqları razı qalacaq

Banqladeşli texniki nümayəndə: İslam Oyunlarının bütün qonaqları razı qalacaq
20:55 12 May 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Vüqar İmanov, Yelena Kosolapova - Trend:

İslam Oyunlarının bütün qonaqları Bakıda keçirdikləri vaxtdan razı qalacaq.

Bunu Trend-ə Banqladeşdən texniki nümayəndə Muhiddin Əhməd deyib.

O deyib: “Bütün təşkilatçılıq yüksək səviyyədədir. Burada gözəl Olimpiya kəndi var. Yeməklər dadlıdır. Fikrimcə, bütün qonaqlar – idmançılar, rəsmi şəxslər razı qalacaq”.

M.Əhməd bildirib ki, açılış mərasiminin keçiriləcəyi Olimpiya stadionu onun çox xoşuna gəlib.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2753259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR