Banqladeşli texniki nümayəndə: "İslam Oyunlarının bütün qonaqları razı qalacaq"

Banqladeşli texniki nümayəndə: "İslam Oyunlarının bütün qonaqları razı qalacaq"
21:05 12 May 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

İslam Oyunlarının bütün qonaqları Bakıda keçirdikləri vaxtdan razı qalacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə Banqladeşdən texniki nümayəndə Muhiddin Əhməd deyib.

O deyib: "Bütün təşkilatçılıq yüksək səviyyədədir. Burada gözəl Olimpiya kəndi var. Yeməklər dadlıdır. Fikrimcə, bütün qonaqlar - idmançılar, rəsmi şəxslər razı qalacaq".

M.Əhməd bildirib ki, açılış mərasiminin keçiriləcəyi Olimpiya stadionu onun çox xoşuna gəlib.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/544219.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR