"Eurovision-2017"də İslandiyanı təmsil edən Svala Byörqvinsdouttir həbs oluna bilər.
Metbuat.az-ın məlumatına görə, Svala sosial mediada paylaşdığı videolardan birində İslandiya bayrağının üzərini yazıb. Bununla yanaşı, müğənni ölkəsinin bayrağını şarın köməkliyilə səmaya qaldırıb. Ancaq İslandiya qanunvericiliyinə görə bayraq yalnız dirək vasitəsilə qaldırıla bilər.
Svalanın milli atributla qəbulolunmaz rəftarı onun başına iş aça bilər. Müğənninin bir il müddətinə azadlıqdan məhrum olunmaq ehtimalı var. Həmçinin o, böyük məbləğdə cərimələnə də bilər.