"Votsap"a 3 milyon avro cərimə kəsildi

"Votsap"a 3 milyon avro cərimə kəsildi
21:08 12 May 2017
Ölkə mətbuatı
A- A+

İtaliyanın antiinhisar xidməti "Votsap" məlumat mübadilə xidmətini 3 milyon avro dəyərində cərimələyib.

Publika.az xəbər verir ki, qərar "Feysbuk" istifadəçilərinin şəxsi məlumatlarının götürülməsi ilə bağlı iki araşdırmanın nəticəsində qəbul edilib.

Ötən ilin oktyabr ayında Məxfi məlumatların qorunmasına nəzarət üzrə Avropa tənzimləyicisi "Feysbuk" istifadəçilərinin şəxsi məlumatlarının "Votsap"a ötürülməsi ilə bağlı narahatlığını bildirmiş və bununla bağlı araşdırmalara başlanılmışdı.

Qeyd edək ki, "Feysbuk" 2016-cı ilin 16 oktyabrında "Votsap"ın alınması ilə bağlı 19 milyard dollarlıq müqavilə imzaladığını açıqlamışdı.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/198581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR