Tarkan etiraz etdi - izləyiciləri dəstəklədi - FOTO

Tarkan etiraz etdi - izləyiciləri dəstəklədi - FOTO
21:12 12 May 2017
Ölkə mətbuatı
A- A+

Müğənni Tarkan Atatürkü təhqir edənlərə qarşı etirazını bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, dostu Fəridə Edigenin paylaşımını özünün rəsmi İnstaqram səhifəsinə repost edib:

"Atatürkə edilən təhqirləri dərin üzüntü və heyrətlə izləyirəm. Eyni torpaqlarda yaşadığımız bu insanlar unutmasınlar ki, həyatlarını, ölkələrini və belə böyük danışa bilmələrini belə Atatürkə borcludurlar. Gəlin, hamımız Atatürkün şəkillərini paylaşaq və ona olan sevgimizin sonsuz olduğunu nümayiş etdirək. Ən gözəl cavab bu olar".

Sənətçinin bu paylaşımı qısa zamanda rekord bəyənmə alıb.

Qeyd edək ki, Tarkan iyun ayının 23-ü "Formula 1" yarışları çərçivəsində Bakıda solo konsertlə çıxış edəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/544037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR