ADU-da "Koreya haqqında viktorina" keçirilib -

Koreya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Dillər Universitetində “Azərbaycanda Koreya haqqında viktorina 2017” adlı yarış keçirilib.

Metbuat.az xəbər verir ki, sözügedən müsabiqə hər il Koreya dilini öyrənən tələbələr üçün keçirilir və bu yarış onları Koreya haqqında daha çox məlumat əldə etməyə həvəsləndirir. Yaş qrupu fərq etmədən Koreya dilinin daşıyıcısı olmayan bütün şəxslər yarışda iştirak edə bilər.

Müsabiqənin qalibi olan Fəridə Aydayeva sentyabr ayında Seul şəhərində keçiriləcək "Koreya haqqında viktorina"nın final mərhələsində iştirak etmək şansı əldə edib. Könül Babayeva isə ikinci olub.

Qeyd edək ki, ötən il Seulda keçirilən yarışmanın qalibi BDU tələbəsi Töhfə Nuriyeva olub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR