Rəqqas göbək rəqsi oynayanları YIXIB-SÜRÜDÜ: "Onlar məclislərdə bədənlərini..." - FOTO

Rəqqas göbək rəqsi oynayanları YIXIB-SÜRÜDÜ: "Onlar məclislərdə bədənlərini..." - FOTO
21:27 12 May 2017
407 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış rəqqas İlham Kərimli göbək rəqsi ilə pul qazanan xanım həmkarlarını biabır edib.

Milli.Az bildirir ki, Yeniçağ.az-a açıqlama verən rəqqas od püskürüb:

"Bu gün rəqqasələrin çoxu çılpaq şəkildə bədənlərinin bəzi hissələrini əsdirib, pul qazanmaqla məşğuldur. Amma həmin rəqqasələrin heç ərəb rəqslərindən xəbərləri də yoxdur. Onlar məclislərdə bədənlərini kişilərə sürtə-sürtə onlardan pul qoparırlar. Bu, rəqs deyil, pul qazanmaq üçün sui-istifadədir. Ərəb rəqsinin öz texnikası və oyun tərzi var. Bunlar elə bilir ki, ərəb rəqsi masada oturan kişiləri əyləndirməkdən ibarətdir. Ərəbistan, Hindistan, Türkiyədə göbək rəqsləri çox məşhurdur, amma həmin rəqqasələr masalara yaxınlaşıb, kişilərdən pül almırlar. Bunu özləri üçün ayıb sayırlar. Ad çəkməyə ehtiyac yoxdur, amma bu gün restoranlarda yetərincə rəqqasələr var".

İ.Kərimli xanım həmkarlarına məsləhətini də əsirgəməyib:

"Əgər kimsə ərəb rəqsi oynamaq istəyirsə, qabaqcadan restoran rəhbərliyi ilə danışıb, konkret qonorar ala və bu rəqsi peşəkar səviyyədə təqdim edə bilər. Əgər o istədiyi qonorarı alsa, heç kişilərin qarşısında bədən əsdirməyinə ehtiyac qalmayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/544070.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR