Şirniyyat sexi 20-dən çox ailəni qazsız qoydu - VİDEO

Şirniyyat sexi 20-dən çox ailəni qazsız qoydu - VİDEO
21:37 12 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirniyyat sexi 20-dən çox ailəni qazsız qoyub. Milli.Az bildirir ki, Abşeron rayonu, Masazır qəsəbəsinin Həzi Aslanov küçəsinin bir qrup sakini 3 ildir evlərində qazdan istifadə edə bilmir. Onlar deyirlər ki, əvvəllər normal təzyiqdə qaz verilsə də, küçədə şirniyyat sexi tikiləndən sonra vəziyyət dəyişib.

Sakinlər bir neçə dəfə sex sahibinə müraciət etsələr də, onlara ancaq vəd verilib. Halbuki sex üçün ayrıca sənaye xətti çəkilib, amma xətt neçə ildir ki bağlıdır.

Sakinlər deyirlər ki, qazın olmaması neçə ildir onları əməlli-başlı xərcə salır. Evlərində bütün işlərini elektriklə görməyə məcbur olduqlarından evi isitməkdə də çətinlik çəkirlər.
Adı çəkilən şirniyyat sexinə getsək də, müdiriyyətin olmadığını bəhanə gətirərək qapını açan olmadı.

Məsələylə bağlı "Azəriqaz"dan bildirdilər ki, sakinlərin xəttindən istifadə etdiyinə görə həmin şirniyyat sexinə xəbərdarlıq olunub. O ki qaldı ayrıca çəkilən qaz xəttinə, bu xəttə həftə ərzində təbii qaz veriləcək. /xezerxeber.az

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/544223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR