Yevlaxda ağır yol qəzası baş verib:

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Tanrıqulular kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər hadisə yerində, 1 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır. (Report)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR