Mingəçevirdə iki "VAZ" toqquşdu: ölənlər var

Mingəçevirdə iki "VAZ" toqquşdu: ölənlər var
21:59 12 May 2017
254 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə ağır yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

 

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 5 nəfərin meyitini çıxararaq aidiyyətı üzrə təhvil veriblər. Əməliyyat saat 20:10-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR