FHN Mingəçevirdə baş verən qəza ilə bağlı məlumat yayıb

FHN Mingəçevirdə baş verən qəza ilə bağlı məlumat yayıb
22:08 12 May 2017
442 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Mingəçevirdə ağır yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri ərazisində iki “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 5 nəfərin meytini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.

Əməliyyat saat 20:10-da başa çatıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2753286.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR