Tərəvəzlərlə birlikdə yeyilən kahı

Tərəvəzlərlə birlikdə yeyilən kahı
22:12 12 May 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Bostan bitkisi hesab olunan kahının yüzdən çox növü var. Onun yetişdirilmə tarixi 5 min ildən artıqdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əvvəllər onu toxumlarından yağ əldə etmək üçün əkirdilər. Yunanlar və romalılar kahının dadını öyrənəndən sonra müalicəvi keyfiyyətindən də yararlanmağa başlayıblar. Kahı digər tərəvəzlərlə birlikdə yeyilir və toxluq hissi vermir.

Bitkinin tərkibində qanyaratmada iştirak edən dəmir və maddələr mübadiləsində iştirak edən maqnezium var. Onu dəyərli edən tərkibindəki kalsium və maqnezium nisbətinin ideal olmasıdır.

Kahı şirəsinə yerkökü qatanda A vitamini ilə zənginləşir, kökdə olan natrium kahıdakı kalsium duzunu məhlul vəziyyətində saxlayır, kristala çevrilməyə qoymur.

Kahı şirəsi vərəm və mədə-bağırsaq xəstəliyindən əziyyət çəkənlər üçün əvəzsiz dərmandır. Ondan sidikqovucu vasitə kimi də istifadə olunur. Yerkökü şirəsi ilə kahı şirəsinin qarışığını hər gün uşağa verəndə sağlam və gümrah böyüyür. Şəkərin miqdarını aşağı saldığına görə şəkərli diabet xəstələrinin də ondan istifadə etməsi məsləhətdir. Piylənmə və pəhriz qidalanması zamanı kahı çox xeyirlidir, xırdalanmış toxumlarının sulu məhlulu laktasiya zamanı ana südünü artırır.

Kahı suyu dəriyə təzəlik verir, sızanaqları aradan qaldırır, sıyığı isə yanıq və çibana səmərəli təsir göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/544160.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR