"Turan Tovuz" ümidini itirməyib

22:17 12 May 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün AFFA-nın lisenziyalaşdırma qrupunun iclasında 8 komandaya lisenziya verilməsi ilə bağlı qərar verildi. I divizion klublarından yalnız “Səbail” klubu bu hüquqa yiyələnib. 


Çempion “Turan Tovuz”un lisenziya alması gözlənillsə də, maliyyə problemi, daha doğrusu təminat məktubu təqdim olunmadığından Tovuz təmsilçisi lisenziya ala bilməyib. 


Baş verənlərlə bağlı klubun icraçı direktoru Nadir Nəbiyev danışıb. O, əvvəlcə Lisenziyalaşdırma qrupunun qərarı haqda danışıb: “Biz bu qərarı gözləyirdik. Çünki sponsor tapmaqda çətinlik çəkirik. Maliyyə məsələsindən başqa bütün meyarlar üzrə sənədlərimiz qaydasındadı. Hazırda da sponsor və maliyyə dəstəyi axtarışındayıq. Ümidimizi üzməmişik. AFFA-da “Turan Tovuz”un Premyer Liqada iştirak etməsində maraqlıdı. Klubumuzun yaşamasında AFFA-nın əməyi danılmazdı. Onların maddi dəstəyi ilə ayaqda qalmışıq, çempion olmuşuq. Qeyd etdiyim kimi, hələ ümidliyik. Axtarışlarımız davam edir”.

 

“Turan Tovuz”un lisenziya ala bilməməsinə azarkeşlər də narahatlığını bildirir. Klub rəsmisi bu haqda da danışıb: “Bizim çempion olmağımızda ən böyük qüvvə sadiq azarkeşlərimizdi. İl boyu bütün oyunlarda bizə inanılmaz dəstək verdilər. Onların narahatlığını başa düşürük. Azarkeşlərimizə də, klubumuza da Premyer Liqa yaraşır. Amma qeyd etdiyim kimi maddi problemlər bu istəyimizi reallaşdırmağa imkan vermir”. 


Nəbiyev klubun bundan sonrakı aqibəti haqda da açıqlama verib: “Son ana qədər çalışacağıq ki, sponsor məsələsi həll olunsun azarkeşlərimiz sevinsin. Mümkün olmayacağı təqdirdə I Divizionda yeni mövsümə hazırlaşacağıq. Tovuz futbolsuz qala bilməz”.


Sonda Nadir Nəbiyev azarkeşlərə səslənib: “Azarkeşlərimizi səbrli olmağa çağırıram.  Onların dəstəyini hər zaman hiss etmişik. Onlar tək oyunlarda 90 dəqiqə yox, hər gün hər saat komandanın yanında olub, dəstəklərini nümayiş etdiriblər. Bu ilki tribunamız bir şeyi bizlərə göstərdi – son dövrlərdə “Turan Tovuz” belə dəstək görməmişdi, azarkeşlərimiz də belə əzmkar “Turan Tovuz”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotturan-tovuzquot-umidini-itirmyib-t58044.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR