İş masasında yeyənlərin nəzərinə: TƏHLÜKƏLİDİR

İş masasında yeyənlərin nəzərinə: TƏHLÜKƏLİDİR
22:22 12 May 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Alimlərin apardıqları tədqiqata əsasən, bütün dünyada onlarla insanın ölümünə az hərəkətli həyat tərzi səbəbdir.

Milli.Az lent.az-a istinadən bildirir ki, fiziki fəallığın çatışmazlığı qan laxtalarının yaranmasına səbəb olur. Tədqiqatlar göstərir ki, gün ərzində 10 saat işləyən 21-30 yaşlarında insanların təxminən 75 faizi fasiləyə çıxmaqdan imtina edirlər ki, bu da dərin venalarda tromboz əmələ gəlməsi təhlükəsini əhəmiyyətli dərəcədə artırır. Mütəxəssislər qeyd edirlər ki, hazırda dünyada yaşı 40-dan az olan tromboz qurbanlarının sayı sürətlə artır.

Eyni zamanda, trombozla bağlı bir çox hallar diaqnozlaşdırılmayıb. Həkimlərin məsləhətlərinə görə, trombozdan müdafiə olunmağın ən səmərəli üsulu hərəkətli olmaqdan, siqaretdən imtina etməkdən, duz və yağdan istifadəni azaltmaqdan ibarətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/543986.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR